Tramp: ABŞ-ın İrana investisiya yatırmaq öhdəliyi yoxdur

Tramp: ABŞ-ın İrana investisiya yatırmaq öhdəliyi yoxdur

Tarix: 16 Jun 2026 14:04

ABŞ-ın İrana investisiya yatırmaq öhdəliyi yoxdur.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Qətər Əmiri ilə görüşündə deyib.

“Biz İranla razılaşma əldə etmişik. Bu razılaşma uğurlu olmalıdır. Artıq ikinci mərhələyə keçirik, fikrimcə daha asan olacaq. Biz İrana heç bir investisiya qoymuruq. Bu barədə dünən yayılan şayiə cəfəngiyatdır. Əgər mən istəsəm, bizim nə vaxtsa ora gedib bunu etmək haqqımız var, amma hazırda investisiya yatırmırıq. Bizim İrana investisiya qoymaqla bağlı heç bir öhdəliyimiz yoxdur”, - Tramp vurğulayıb.

Toğrul Quluzadə ABŞ prezidenti Donald Tramp İranla razılaşma

Mənbə: apa.az

Xəbər Lenti