Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 16 Jun 2026 16:43
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib.
APA xəbər verir ki, proqramın təqdimatı zamanı İslam İnkişaf Bankının (İİB) Qlobal Təcrübələr və Tərəfdaşlıqlar üzrə Baş Direktoru İssa Faye bildirib ki, təşəbbüs İslam İnkişaf Bankının Kuala-Lumpurdakı Mükəmməllik Mərkəzi, INCEIF Universiteti və “Bank Negara Malaysia” ilə əməkdaşlıq çərçivəsində yaradılıb.
O qeyd edib ki, qlobal islam iqtisadiyyatının əsas məqsədi inteqrasiya olunmuş islam maliyyəsi və iqtisadi mexanizmləri vasitəsilə üzv ölkələrdə iqtisadi inkişafı sürətləndirməkdir:
“Bu tərəfdaşlıq çərçivəsində maliyyə sektoru, mərkəzi banklar və kapital bazarlarında fəaliyyət göstərən orta karyera mərhələsindəki mütəxəssislər üçün islam iqtisadiyyatı sahəsində strateji mentorluq və praktiki tədqiqat imkanları yaradılacaq”.
İlqar XudiyevMənbə: apa.az