Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır

Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır

Tarix: 16 Jun 2026 16:18

Daşınmaz əmlak sadəcə bina tikintisi deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır.

"APA-Economics" xəbər verir ki, bunu PAŞA Holdinqin baş icraçı direktoru Cəlal Qasımov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "Azərbaycan İnvestisiya Perspektivləri Forumu"nda "Əmlak sektorunda investisiya imkanları" mövzusuna həsr olunmuş panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, qarışıq istifadə olunan (mixed-use) layihələr – restoranlar, ticarət sahələri və xidmət infrastrukturu ilə birlikdə həm aktivlərin dəyərini artırır, həm də iqtisadi dövriyyəni genişləndirir:

"Bunu etməklə siz əslində “kvadrat metr” satmırsınız, həyat tərzi satırsınız. Bir həyat tərzini istəyən insanlar onu yaşamalıdır, hiss etməlidir. Ona görə insanlar layihə tam bitməzdən əvvəl də alırlar. Amma siz onlara gələcəkdəki həyatı sata bilməzsiniz, çünki onu hələ yaşamayıblar. Layihə bitəndən sonra isə düzgün qurulubsa, qiymət həmişə artır".

Cəlal Qasımov qeyd edib ki, iqtisadi baxımından, sahibkarlar üçün bu, onların girov kimi istifadə edə biləcəyi, dəyəri artan aktiv deməkdir: "Bu aktivlə onlar banklardan daha çox kredit xətti ala bilirlər və bizneslərinə investisiya edə bilirlər. Digər insanlar üçün isə bu sadəcə sərvətdir. Sərvət artdıqca insanlar daha çox xərcləməyə meylli olur, çünki daha varlı olduqda xərcləmək asanlaşır. Xərcləmə isə iqtisadiyyat üçün vacibdir".

"Biz “branded residences” (brendləşmiş rezidensiyalar) layihələri də həyata keçiririk. Bu təkcə ad deyil, həm də yüksək səviyyəli xidmətlər deməkdir və xarici investorların cəlb olunmasında mühüm rol oynayır. Təcrübə göstərir ki, belə layihələrdə xarici investorların payı daha yüksək olur" - deyə o qeyd edib.

Baş icraçı direktor vurğulayıb ki, iqtisadi baxımdan isə lüks layihələrdə idxal komponenti artır ki, bu da hər zaman ideal sayılmır, çünki yerli istehsal və əmək payı nisbətən azalır:

"Buna baxmayaraq, xarici investisiyaların cəlbi vacibdir və bunun üçün keyfiyyətli, brendləşmiş layihələr əsas vasitələrdən biridir. Paralel olaraq dövlət dəstəyi də önəmlidir. Xüsusilə viza siyasəti bu baxımdan mühüm rol oynayır. Məsələn, Dubayda daşınmaz əmlak alanlara 10 illik rezident vizası verilir. Azərbaycanda da bu istiqamətdə təkmilləşdirmələrə ehtiyac var".

O əlavə edib ki, eyni zamanda əmlakın qeydiyyatı və hüquqi şəffaflıq məsələləri də vacibdir: "Xarici alıcılar üçün əmlakın tam şəkildə onların adına rəsmiləşdirilməsi və banklarda girov kimi istifadə oluna bilməsi təmin edilməlidir. Düzgün həyata keçirildiyi halda bu yanaşma iqtisadiyyata geniş “spillover” effekti verə bilər. Lakin bunun üçün özəl sektor və dövlətin birgə əməkdaşlığı vacibdir".

İlahə Səlimova PAŞA Holdinq icraçı direktor Cəlal Qasımov

Mənbə: apa.az

Xəbər Lenti