G7 liderləri Ukraynaya HHM sistemlərinin tədarükünü artırmaq barədə razılığa gəliblər

G7 liderləri Ukraynaya HHM sistemlərinin tədarükünü artırmaq barədə razılığa gəliblər

Tarix: 17 Jun 2026 08:23

G7 ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin, o cümlədən uzaqmənzilli sistemlərin tədarükünü artırmaq niyyətindədirlər.

APA xəbər verir ki, bu barədə Fransada keçirilən sammitdə G7 liderlərinin geosiyasi məsələlərə dair birgə bəyanatında bildirilib.

"Biz hava hücumundan müdafiə sistemlərinin, əlavə sistemlərin və tutucu qurğuların, eləcə də uzaqmənzilli sistemlərin tədarükünü artırmaq barədə razılığa gəldik. Biz həmçinin Ukraynaya öz hərbi istehsalını artırmağa imkan verəcək lisenziyaların verilməsi imkanını nəzərdən keçirməyə hazırıq", - bəyanatda deyilir.

Ukrayna G7

Mənbə: apa.az

Xəbər Lenti