Mikayıl Cabbarov: Azad edilmiş ərazilərin 80%-dən çoxu mineral resurslarla zəngindir

Mikayıl Cabbarov: Azad edilmiş ərazilərin 80%-dən çoxu mineral resurslarla zəngindir

Tarix: 17 Jun 2026 14:44

Azad edilmiş ərazilər çox güclü iqtisadi potensiala malikdir. Ölkəmizin malik olduğu strateji mineral ehtiyatların 80 faizdən çoxu azad edilmiş ərazilərdə cəmlənib.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan dialoqda bildirib.

"Buna görə də mədən sənayesi bu regionlarda iqtisadi fəaliyyətin əsas istiqamətlərindən biridir", - deyə o qeyd edib.

İlahə Səlimova Mikayıl Cabbarov Azərbaycan azad edilmiş ərazilər

Mənbə: apa.az

Xəbər Lenti