Çərşənbə, 17 İyun, 2026
Tarix: 17 Jun 2026 15:59
Avropa Parlamentində Gürcüstanla bağlı tənqidi hesabat qəbul edilib.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan üzrə məruzəçi Rasa Yuknyaviçenenin hazırladığı sənədi 436 deputat dəstəkləyib, 145-i əleyhinə səs verib.
Hesabatda bildirilib ki, Avropa Parlamenti Avropa və demokratik Gürcüstan uğrunda mübarizəsini davam etdirən gürcü xalqı ilə tam həmrəyliyini ifadə edir.
Sənəddə qeyd edilib ki, hakim "Gürcü Arzusu" partiyası Gürcüstanın Avropaya inteqrasiya kursunu nəinki dayandırıb, hətta faktiki olaraq dəyişdirib. Partiyanın fəxri sədri Bidzina İvanişvili, bir sıra vəzifəli şəxslərə, hakim və prokurorlara qarşı fərdi sanksiyaların tətbiqinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, hesabat mayın 5-də Avropa Parlamentinin Xarici əlaqələr komitəsində 53 səslə dəstəklənib. Gürcüstanın Xarici İşlər Nazirliyi sənəddə faktların qəsdən təhrif edildiyini və absurd ittihamların yer aldığını bildirib.
Cəmilə BabayevaMənbə: apa.az