Çərşənbə, 17 İyun, 2026
Tarix: 17 Jun 2026 17:47
ABŞ və İran arasında əldə olunan anlaşma memorandumunun mətni ən geci iyunun 19-dək açıqlanacaq.
Bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens “CBS Mornings”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ sənədin mətnini açıqlamaq niyyətindədir. Amma pakistanlı və qətərli vasitəçilər ABŞ-dan hələlik memorandumun bütün maddələrini ictimailəşdirməməyi xahiş edib.
“Biz memorandumun mətnini bu gün açıqlamağa çalışırıq. Çünki Amerika xalqının bu razılaşmada nələrin olduğunu bilməsini istəyirik”, - Vens vurğulayıb.
Onun sözlərinə görə, razılaşma Hörmüz boğazının dərhal açılmasını təmin edəcək.
“Bundan başqa, razılaşma bizə konkret çərçivə verir. Bu çərçivədə İranın terrorizmi maliyyələşdirməsinin dayandırılması, nüvə silahından imtina etməsi təmin olunur. Nəticədə onlar dünya iqtisadiyyatına qoşulacaq. Mən iqtisadi faydalar dedikdə, sanksiyaların ləğv olunması haqqında danışıram”.
Vens razılaşmada İranda yenidənqurma işlərinin aparılması üçün 300 milyard dolların verilməsi ilə bağlı maddənin olub-olmaması ilə bağlı məsələyə də münasibət bildirib.
O qeyd edib ki, İran dünya ilə davranışını əsaslı şəkildə dəyişmədiyi müddət ərzində, bu iqtisadi faydalardan bəhrələnə bilməyəcək.
Toğrul Quluzadə Ceyms Devid Vens ABŞ İran anlaşma memorandumuMənbə: apa.az