Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi

Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi

Tarix: 17 Jun 2026 21:37

ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurmanın davam etməsinin ciddi iqtisadi nəticələr doğura biləcəyini bildirib. APA xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Görmək istəmədiyim bir şey var idi – iqtisadi fəlakət. Müharibə davam etsəydi, belə bir vəziyyət yarana bilərdi”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və İran arasında əldə olunan razılaşma məhz belə risklərin qarşısını almağa imkan verib.

ABŞ Donald Tramp

Mənbə: apa.az

Xəbər Lenti