Çərşənbə, 17 İyun, 2026
Tarix: 17 Jun 2026 21:24
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya və Çinlə nüvə arsenalının azaldılması barədə saziş imzalamaq istədiyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Fransada keçirilən G7 sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ABŞ dünyanın ən böyük nüvə arsenalına malikdir, Rusiya ikinci yerdədir, Çin isə nüvə potensialını sürətlə artırır və yaxın beş il ərzində bu sahədə ABŞ və Rusiyaya çata bilər.
“Biz nüvə silahlarının azaldılması ilə bağlı saziş bağlamalıyıq. Bu, çox gözəl olardı. Dünyanı 300 dəfə məhv etmək imkanına ehtiyacımız yoxdur. Açığı, bu, dəhşətli vəziyyətdir”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, belə bir razılaşmanın əldə olunmasını yüksək qiymətləndirərdi, lakin bunun üçün hər iki tərəfin maraqlı olması vacibdir.
abş çin rusiya nüvəMənbə: apa.az