ABŞ Prezidenti: Zelenski və Putin danışmalıdır, lakin bunu necə edəcəklərini bilmirlər

ABŞ Prezidenti: Zelenski və Putin danışmalıdır, lakin bunu necə edəcəklərini bilmirlər

Tarix: 17 Jun 2026 21:12

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin birbaşa danışmalıdırlar, lakin tərəflər bunun necə həyata keçiriləcəyini bilmirlər.

APA xəbər verir ki, Tramp həmçinin bildirib ki, Rusiya hücum əməliyyatları apardığı üçün daha çox itki verir.

ABŞ Prezidenti Ukraynadakı münaqişənin davam etməsinə görə məsuliyyətin Kiyevin, yoxsa Moskvanın üzərinə düşdüyü barədə suala isə cavab verməkdən imtina edib.

“Bu barədə şərh vermək istəmirəm, çünki hazırda münaqişənin nizamlanmasına çalışıram”, – deyə Tramp bildirib.

tramp zelenski putin

Mənbə: apa.az

Xəbər Lenti