Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək

Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək

Tarix: 17 Jun 2026 21:03

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla yekun razılaşma 60 gün ərzində əldə olunmasa, Vaşinqton yenidən hərbi əməliyyatlara başlaya bilər. APA xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu, qarşılıqlı anlaşma memorandumunda əksini tapıb. Əgər 60 gün ərzində saziş əldə olunmasa, problem deyil. Biz bombardmanlara qayıdacağıq”, – deyə Tramp mətbuat konfransında bildirib.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, İranın keçmiş yüksək rütbəli hərbi komandiri Qasım Süleymaninin məhv edilməsi Tehranın siyasətinə ciddi təsir göstərib.

Trampın sözlərinə görə, İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin ölümündən sonra Tehran ona bərabər səviyyədə yeni lider tapa bilməyib və bu da ölkənin mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olub.

Mənbə: apa.az

Xəbər Lenti