Cümə axşamı, 18 İyun, 2026
Tarix: 17 Jun 2026 22:13
Moskva vilayətində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
APA “Baza” teleqram kanalına istinadən xəbər verir ki, qəza Sergiyevo-Posad şəhər dairəsi ərazisində baş verib.
Məlumata görə, təyyarə yerə düşdükdən sonra yanmağa başlayıb.
Əvvəlcə uçuş-enmə zolağı üzərindən keçib, daha sonra qəfil meşəlik əraziyə doğru irəliləyib.
Hadisə nəticəsində pilot və sərnişin həyatını itirib.
Qəzanın başvermə səbəbləri araşdırılır.
rusiya qəza moskva
Mənbə: apa.az