Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər

Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər

Tarix: 17 Jun 2026 23:35

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanın imzalanması yaxın 48 saat ərzində baş tuta bilər.

APA xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında deyib Trampın sözlərinə görə, qarşılıqlı anlaşma memorandumunun mətni artıq yekunlaşdırılıb, lakin imzalanma mərasiminin keçiriləcəyi məkan hələ müəyyən edilməyib.

ABŞ lideri həmçinin qeyd edib ki, Amerika Silahlı Qüvvələri bir müddət də Fars körfəzi regionunda qalmağa davam edəcək.

Tramp əlavə edib ki, İranın ballistik raketlərə malik olmasının tam şəkildə qadağan edilməsi ədalətli yanaşma olmazdı.

“Yaxın Şərqdəki digər ölkələrin də bu cür silahları var. Ona görə də İranın ballistik raketlərə sahib olmasını tamamilə qadağan etmək düzgün olmaz”, – deyə ABŞ Prezidenti vurğulayıb.

ABŞ İran Donald Tramp

Mənbə: apa.az

Xəbər Lenti