Pezeşkianın müavini: İranın 25 mlrd. dollarlıq aktivləri tam şəkildə azad ediləcək

Pezeşkianın müavini: İranın 25 mlrd. dollarlıq aktivləri tam şəkildə azad ediləcək

Tarix: 20 Jun 2026 13:34

İranın 25 milyard dollarlıq aktivləri tam şəkildə azad ediləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın icraçı vitse-prezidenti Məhəmməd Cəfər Qaim-Pənah İRNA-ya müsahibəsində deyib.

O, İran və ABŞ arasında əldə olunan anlaşmaya əsasən, İranın bloklanmış aktivlərinin tam, lakin mərhələli şəkildə azad ediləcəyini bildirib.

Qaim-Pənah qeyd edib ki, Məhəmməd Baqir Qalibafın İranın danışıqlar qrupu ilə birlikdə Qətərə səfəri məhz bu aktivlərin taleyinin müəyyənləşdirilməsi məqsədilə həyata keçirilib.

İran rəsmisi azad ediləcək vəsaitin həcminin təxminən 25 milyard dollar olacağını bildirib və müharibə təhlükəsinin aradan qalxmasının əhali üzərindəki iqtisadi təzyiqlərin bir hissəsini azaltdığını vurğulayıb.

O bildirib ki, azad olunacaq vəsaitlər infrastrukturun inkişafına yönəldiləcək.

Qaim-Pənahın sözlərinə görə, dəhlizlərin, yolların və hava limanlarının inkişafı insanların rifah və həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək.

İran vitse-prezident Məhəmməd Cəfər Qaim-Pənah

Mənbə: apa.az

Xəbər Lenti