Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

Tarix: 20 Jun 2026 16:55

Rusiyanın Krasnodar şəhərində çoxfunksiyalı xidmət mərkəzinə (MFC) maçete ilə silahlanmış şəxsin hücumu nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb.

APA xəbər verir ki, hadisə West Mall ticarət mərkəzində yerləşən MFC-də baş verib.

Məlumata görə, gənc şəxs mərkəzə daxil olaraq orada olan insanlara hücum edib. İlkin məlumata əsasən, bir nəfər hadisə yerində həyatını itirib, beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunu saxlayıblar.

Hadisənin motivləri və digər təfərrüatlar araşdırılır.

Rusiya Krasnodar meçete hücum

Mənbə: apa.az

Xəbər Lenti