Tramp: Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

Tramp: Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

Tarix: 21 Jun 2026 00:15

“Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

Həmin 60 günlük müddət başa çatdıqdan sonra da heç bir rüsum tətbiq edilməyəcək. Yalnız razılaşma tamamlanmasa, ABŞ tərəfindən və ABŞ-ın xeyrinə rüsum tətbiq oluna bilər. Bu, Yaxın Şərq ölkələrinin təhlükəsizliyinin təmin edilməsində "Qoruyucu Mələk" rolunu oynayan ABŞ-a keçmiş, indiki və gələcək xərclərin ödənilməsi məqsədi daşıyacaq. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!”, - Tramp yazıb.

Tramp Hörmüz

Mənbə: apa.az

Xəbər Lenti