Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB

Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB

Tarix: 21 Jun 2026 10:16

Pakistan Baş naziri Şahbaz Şərif və Silahlı Qüvvələrin Baş komandanı, eyni zamanda Quru Qoşunlarının komandanı feldmarşal Asim Munir ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrənin Bürgenştok şəhərindədirlər.

APA xəbər verir ki, bu barədə Pakistan Baş nazirin Ofisi məlumat yayıb.

Pakistan Baş naziri və feldmarşal iyunun 21-nə planlaşdırılmış müzakirələrdə iştirak edəcək.

***

saat 01.58

Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan ordusunun komandanı feldmarşal Asim Munir ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrəyə uçublar.

APA xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb.

"Baş nazir yüksək vəzifəli nümayəndə heyəti ilə birlikdə İslamabaddan İsveçrəyə yola düşüb", - məlumatda deyilir.

Pakistan Şərif ABŞ İran

Mənbə: apa.az

Xəbər Lenti