Bazar, 21 İyun, 2026
Tarix: 21 Jun 2026 09:48
İsveçrədə ABŞ və İran arasında aparılan danışıqların proqramına İsrail ilə Hizbullah arasında davam edən münaqişənin müzakirəsinə həsr olunmuş xüsusi iclas daxil edilib. Bu barədə “CBS News” məlumat yayıb. Nəşrin danışıqlarda iştirak edən bir diplomata istinadən yaydığı xəbərdə bildirilir ki, xüsusi müzakirə gündəlikdə ilk məsələ kimi yer alır. Nə İsrail, nə də Hizbullah” danışıqlarda təmsil olunur. Qeyd edək ki, İsveçrədə keçirilən danışıqların cümə günü başlaması planlaşdırılırdı. Bu görüşlər ABŞ və İranın çərşənbə günü qarşılıqlı anlaşma memorandumu imzalamasından sonra təşkil edilməli idi. Lakin Hizbullah və İsrail arasında davam edən döyüşlər fonunda yaranan gərginlik səbəbindən danışıqlar təxirə salınıb. İran isə dünən bəyan edib ki, Hörmüz boğazını yenidən bağlayıb. Məlumata görə, bu böhran, ən azı hələlik, aradan qaldırılıb. “Channel 12” telekanalı dünən məlumat yayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Ordusuna Livanda atəşi dayandırmaq barədə göstəriş verib.
ABŞ İran İsrail Hizbullah
Mənbə: apa.az