İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar  başlayıb - YENİLƏNİB

İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb - YENİLƏNİB

Tarix: 21 Jun 2026 19:35

İsveçrədə Pakistan və Qətərin vasitəçiliyi ilə davam edən İran-ABŞ danışıqlarına daxili məsləhətləşmələrin aparılması məqsədilə fasilə verilib.

Bu barədə Fars” Agentliyi məlumat yayıb.

Nümayəndə heyətlərinin bu fasilədən istifadə edərək öz paytaxtları ilə əlaqə saxlaması və son inkişaflarla bağlı fikir mübadiləsi aparması gözlənilir.

İran Xarici İşlər Nazirliyinin və danışıqlar üzrə nümayəndə heyətinin sözçüsü İsmayıl Bəqai bildirib ki, fasilədən sonra görüşlər yenidən davam etdiriləcək. Onun sözlərinə görə, danışıqların Türkiyə vaxtı ilə saat 20:00-da başa çatması gözlənilir.

Qeyd edək ki, danışıqlarda ABŞ nümayəndə heyətinə Vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf başçılıq edir.

***

saat 15.36

İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar rəsmən başlayıb. APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqa bildirmişdi ki, bu gün səhər saatlarında İsveçrədə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər təşkil olunacaq. Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.

İsveçrə Qətər Pakistan ABŞ İran

Mənbə: apa.az

Xəbər Lenti