Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 21 Jun 2026 22:53
ABŞ administrasiyası İrandan Livanın şiə hərəkatı olan “Hizbullah”a təsir göstərərək İsrailə qarşı hücumları dayandırmasını tələb edir.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts CBS telekanalına müsahibəsində deyib.
Uolts bildirib ki, Vaşinqton hesab edir ki, İran “Hizbullah”ın İsrailə hücumlarını dayandırmasını təmin etməsə, bu, ABŞ və İran arasında əldə olunmuş razılaşmaların pozulması kimi qiymətləndiriləcək.
“Əsas məsələ ondan ibarətdir ki, bizim hərbi variant da daxil olmaqla bütün digər variantlarımız mövcuddur”, – deyə o əlavə edib.
Mayk Uolts ABŞ İran Hizbullah İsrail Livan
Mənbə: apa.az