Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 22 Jun 2026 00:24
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Baş nazir Kir Starmeri şəxsi söhbətdə istefaya getməyə çağırıb.
Bu barədə "Sky News" məlumat yayıb.
Məlumata görə, hökumətin ən nüfuzlu üzvlərindən biri hesab olunan Kuper ötən həftəsonu bu mövqeyini Starmerə çatdırıb.
Hazırda Kir Starmer ailəsi ilə birlikdə baş nazirin Çekers iqamətgahında qalır.
Böyük Britaniyanın biznes və ticarət naziri Piter Kayl isə bildirib ki, cümə günündən bəri Starmerlə danışmayıb, lakin bundan əvvəl hökumətin üzləşdiyi ciddi problemlərlə bağlı açıq müzakirə aparıblar.
Böyük Britaniya Kir Starmer
Mənbə: apa.az