Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 22 Jun 2026 00:56
Polşanın Baş naziri Donald Tusk Polşa və Ukrayna siyasətçilərinin qarşıdurmaya sürüklənməsini ciddi strateji səhv adlandırıb.
APA xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
“Polşa və Ukrayna siyasətçilərinin münaqişəyə cəlb edilməsi strateji səhvdir. Bu, hər iki tərəfə biznes, geosiyasət və reputasiya baxımından ciddi zərər vuracaq. Siyasətdə isə səhv bəzən cinayətdən də pis olur”, - deyə Tusk bildirib.
Polşa hökumət başçısı əlavə edib ki, hazırda Avropadakı tərəfdaşları ilə birlikdə gərginliyi azaltmaq və kompromis həll yolları tapmaq üçün çalışır.
Polşa Donald Tusk Ukrayna
Mənbə: apa.az