Zelenski: Ukrayna Patriot raketlərini istehsal etməyə hazırdır

Zelenski: Ukrayna Patriot raketlərini istehsal etməyə hazırdır

Tarix: 22 Jun 2026 03:44

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına başlamağa hazır olduğunu bildirib.

O, bu barədə TSN telekanalına müsahibəsində danışıb.

Prezidentin sözlərinə görə, G7 sammiti çərçivəsində ABŞ nümayəndələri ilə keçirilən görüşlərdə Rusiyaya qarşı sanksiyalar, həmçinin Ukraynaya Amerika istehsalı olan hava hücumundan müdafiə sistemlərinin lisenziyalı istehsalı məsələləri müzakirə olunub.

Zelenski qeyd edib ki, ABŞ tərəfi ilk dəfə bu məsələyə müsbət yanaşıb.

“İlk dəfədir ki, onlar bu məsələni həll edəcəklərini bildirirlər. Əvvəllər yalnız ‘baxarıq’, ‘bilmirik’ kimi cavablar verilirdi”, - deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ ildə təxminən 700 Patriot raketi istehsal edir. Almaniyaya bu raketlərin lisenziya əsasında istehsalına icazə verilsə də, bu həcmin kifayət etmədiyi vurğulanıb.

Ukrayna Patriot ABŞ Volodimir Zelenski

Mənbə: apa.az

Xəbər Lenti