Sky News: İran neftinə tətbiq olunan sanksiyalar üzrə istisnalarla bağlı saziş layihəsi hazırdır

Sky News: İran neftinə tətbiq olunan sanksiyalar üzrə istisnalarla bağlı saziş layihəsi hazırdır

Tarix: 22 Jun 2026 06:23

İran neftinə qarşı tətbiq edilən sanksiyalar üzrə istisnaları nəzərdə tutan saziş layihəsinin yekun variantı hazırlanıb və yaxın vaxtlarda açıqlanacaq.

Bu barədə "Sky News Arabia" kanalı məlumat yayıb.

Məlumata görə, ABŞ-İran danışıqlarında iştirak edən İran nümayəndə heyətinin üzvü bildirib ki, sanksiyalardan istisnalarla bağlı layihə tam şəkildə razılaşdırılıb.

“İran neftinə tətbiq olunan sanksiyalar üzrə istisnalarla bağlı saziş layihəsi tamamlanıb”, – deyə o qeyd edib.

Nümayəndə əlavə edib ki, həmin istisnaların yaxın vaxtlarda rəsmi şəkildə elan olunacağı gözlənilir.

ABŞ İran neft sanksiyalar

Mənbə: apa.az

Xəbər Lenti