Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 22 Jun 2026 05:23
Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ilə münasibətlərdə gərginliyin xalqlar arasında düşmənçiliyə gətirib çıxara biləcəyini deyib.
O, bu barədə TSN telekanalına müsahibəsində danışıb.
Zelenski Polşa Prezidenti Karol Navrotskinin davranışlarını Macarıstanın Baş naziri Viktor Orbanın siyasəti ilə müqayisə edib və hər iki siyasətçinin reytinqlərini artırmaq üçün cəmiyyəti radikallaşdırmağa çalışdıqlarını iddia edib.
Onun fikrincə, Navrotski 2027-ci ildə Donald Tuskun yerinə baş nazir olmaq niyyətindədir.
“Nifrət üzərində siyasi xal qazanmaq olmaz. Bu, uzunmüddətli perspektivdə ölkələr və xalqlar arasında münasibətlərin pisləşməsinə gətirib çıxaracaq”, - deyə Zelenski vurğulayıb.
Ukrayna, Polşa, Volodimir Zelenski, Karol Navrotski,
Mənbə: apa.az