Əraqçi: İran bir sıra məsələlər üzrə Qətər və Pakistanın vasitəçiliyi ilə irəliləyiş əldə edib

Əraqçi: İran bir sıra məsələlər üzrə Qətər və Pakistanın vasitəçiliyi ilə irəliləyiş əldə edib

Tarix: 22 Jun 2026 05:54

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsveçrənin Bürgenştok şəhərində keçirilən müzakirələr zamanı Qətər və Pakistanın vasitəçiliyi sayəsində bir sıra mühüm məsələlər üzrə razılıq əldə olunub.

APA xəbər verir ki, Əraqçi bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Pakistan və Qətərin yorulmaz vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş əldə olunub. Neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, dondurulmuş aktivlərin bir hissəsi açılıb, həmçinin İranın bərpası və inkişafı üzrə genişmiqyaslı proqram işə salınıb”, - deyə nazir vurğulayıb.

İran Abbas Əraqçi Qətər Pakistan ABŞ

Mənbə: apa.az

Xəbər Lenti