Şahbaz Şərif: İran və ABŞ mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışırlar

Şahbaz Şərif: İran və ABŞ mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışırlar

Tarix: 22 Jun 2026 07:53

İran və ABŞ mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışırlar.

APA xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

Məlumata görə, İsveçrədə Tehran və Vaşinqton arasında keçirilən danışıqlarda vasitəçilik edən Şahbaz Şərif İran rəhbərliyinin regionda sülhün təmin olunmasına sadiq qaldığını vurğulayıb.

Şahbaz Şərif, həmçinin ABŞ Prezidenti Donald Trampın da qlobal sülhün tərəfdarı olduğunu ifadə edib.

Şahbaz Şərif Pakistan ABŞ İran

Mənbə: apa.az

Xəbər Lenti