Bu gündən İsveçrədə ABŞ-İran ekspert qruplarının danışıqları başlayır

Bu gündən İsveçrədə ABŞ-İran ekspert qruplarının danışıqları başlayır

Tarix: 22 Jun 2026 12:06

Bu gündən İsveçrədə ABŞ və İranın ekspert qrupları arasında danışıqlar başlayır.

“Mehr”in xəbərinə görə, danışıqlar iki ölkə arasında imzalanmış Anlaşma Memorandumunun icra mexanizmlərini və bununla əlaqəli texniki qrupların yaradılması məsələlərini əhatə edəcək.

İranın ekspert qrupuna xarici işlər nazirinin müavini Kazem Qəribabadi rəhbərlik edir.

Qeyd edək ki, bir az əvvəl İran nümayəndə heyəti ABŞ-la 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib.

Toğrul Quluzadə İran ABŞ danışıqlar ekspert qrupu

Mənbə: apa.az

Xəbər Lenti