Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 22 Jun 2026 12:01
Ukraynanın dron hücumu ilə əlaqədar Moskvanın üç hava limanında 150-yə yaxın reys təxirə salınıb və ya ləğv edilib.
APA-nın Moskva bürosu xəbər verir ki, “Şeremetyevo” aeroportunda təxminən 95 reys təxirə salınıb, hava limanı "Xalça" planına görə müvəqqəti bağlanıb.
“Vnukovo” və “Domodedovo” aeroportlarında isə təxminən 55 reys təxirə salınıb.
Hazırda hava limanlarının razılaşma əsasında uçuşları qəbul etdiyi bildirilib.
Fərid Əkbərov dron hücumuMənbə: apa.az