Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB

Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB

Tarix: 22 Jun 2026 13:59

Ukrayna ordusunun Voronejə zərbəsi nəticəsində üç nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.

Onun sözlərinə görə, şəhər üzərində bir neçə “yüksəksürətli hava hədəfi” məhv edilib, müəssisələrdən biri isə zərər görüb.

***

13:18

Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə raket zərbəsi endirib, güclü yanğın başlayıb.

Bu barədə “RBK-Ukraine” sosial şəbəkələrdəki video materiallara əsaslanaraq məlumat yayıb.

İlkin məlumatlara görə, şəhərə bir neçə “Storm Shadow” qanadlı raketinin düşdüyü bildirilir.

Ukraynanın “Exilenova” resursunun məlumatına əsasən, hücumun hədəfi bir sıra ölkələrin sanksiya siyahısında yer alan Voronej Yarımkeçirici Cihazlar zavodudur. Müəssisə Rusiya raketlərinin, o cümlədən “İskəndər” və “Kalibr” sistemlərinin idarəetmə sistemlərində, həmçinin radiolokasiya stansiyaları və hava hücumundan müdafiə komplekslərində, o cümlədən S-400 sistemlərində istifadə olunan tranzistorlar, diodlar, mikrosxemlər və güc modulları istehsal edir.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik məlumat yaymayıb.

Hücumun nəticələri və hədəfin dəqiq müəyyənləşdirilməsi ilə bağlı məlumatlar dəqiqləşdirilir.

İlqar Xudiyev Voronejə raket zərbəsi Ukrayan Rusiya Storm Shadow

Mənbə: apa.az

Xəbər Lenti