Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 15:39
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə bankın mobil tətbiqində istifadəçilərə göndərilən bildirişdə qeyd olunub.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq", – məlumatda bildirilib.
Bank müştərilərdən yaranmış narahatlığa görə anlayış göstərmələrini xahiş edib.
Rahim Tarıverdiyev ABB kart əməliyyatları texniki problem

Mənbə: apa.az