Cümə axşamı, 25 İyun, 2026
Tarix: 25 Jun 2026 09:14
ABŞ-da kommersiya neft ehtiyatları 8 263 min barel azalıb və 412 134 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 600 min barel azalacağını proqnozlaşdırırdı.
Əlavə etmək lazımdır ki, ABŞ-ın kommersiya neft ehtiyatları doqquzuncu həftədir ardıcıl olaraq azalır.
Onu da qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Emil İsmayılov EIA ABŞ neft ehtiyatları neftin qiymətiMənbə: apa.az