Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

Tarix: 28 Jun 2026 18:48

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.

Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında Ras Tanura bölgəsində baş verən faciəli helikopter qəzası nəticəsində 14 nəfərin həyatını itirməsindən dərin kədər hissi keçirildiyi bildirilib.

Paylaşımda qeyd olunub ki, Azərbaycan həlak olanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir.

Firuzə Vahid Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Ras Tanura helikopter qəzası başsağlığı MFA Azerbaijan Saudi Arabia

Mənbə: apa.az

Xəbər Lenti