Tokayev: Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir

Tokayev: Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir

Tarix: 29 Jun 2026 11:11

Azərbaycan Türk dünyasında söz sahibidir.

APA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Tokayev qeyd edib ki, Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir. "Buna görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.

Qazaxıstan lideri qeyd edib ki, yaxın illərdə Türküstan şəhərində Türk Sivilizasiyası Mərkəzi inşa olunacaq: “Bu günlərdə qardaş dövlətlərin rəhbərləri ilə birlikdə həmin unikal mərkəzin təməlqoyma mərasimində iştirak etdik. İnanıram ki, bu təşəbbüs qardaş xalqların tarixi və mədəni irsinin qorunması və möhkəmləndirilməsinə yeni təkan verəcək”, – Tokayev vurğulayıb.

Gülcahan İmanqızı Tokayev

Mənbə: apa.az

Xəbər Lenti