Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 29 Jun 2026 15:00
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna görə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Qanuna əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılıb, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilib.
Naxçıvan MR Prezidentin səlahiyyətli nümayəndəliyi dövlət orqanı statusuMənbə: apa.az