Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 17:09
Avropa İttifaqı Cənubi Qafqazın sülh içində, firavan və parlaq gələcəyə inanır.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” hesabında Bakıya səfərinə dair paylaşımında bildirib.
“Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən, həmçinin Aİ–Azərbaycan tərəfdaşlığını ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata daha da dərinləşdirmək üçün Bakıdayam”, - o qeyd edib.
Firuzə Vahid Avropa Komissiyası Ursula Fon der LyayenMənbə: apa.az