Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 16:46
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Bu barədə APA-nın əməkdaşı xəbər verir.
Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.
Firuzə Vahid Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Heydər Əliyev Beynəlxalq Aeroportu Marta Kos Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Mənbə: apa.az