Prezident İlham Əliyev: Bərpa olunan enerji sahəsində də Avropa Komissiyası ilə strateji tərəfdaşa çevrilə bilərik

Prezident İlham Əliyev: Bərpa olunan enerji sahəsində də Avropa Komissiyası ilə strateji tərəfdaşa çevrilə bilərik

Tarix: 01 Jul 2026 19:36

“Avropa Komissiyası ilə münasibətlərimizdə yeni istiqamətlərdən biri də bərpa olunan enerji sahəsidir”.

APA-nın əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata bəyanatında bildirib.

“Avropa Komissiyası ilə münasibətlərimizdə yeni istiqamətlərdən biri də bərpa olunan enerji sahəsidir. Bu məsələni də Komissiyanın Prezidenti xanımla ətraflı müzakirə etdik. Azərbaycanın günəş, külək və hidroenerji potensialını, mövcud elektrik ötürücü xətlərini və gələcəkdə inşa olunacaq yeni xətləri nəzərə alaraq, bu sahədə də strateji tərəfdaşa çevrilə bilərik. Bu baxımdan Komissiyanın Prezidenti xanımı məlumatlandırdım ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr yaxın beş-altı il ərzində 8 giqavat həcmində günəş və külək enerjisi istehsal etməyə imkan verəcək”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti