Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 19:48
“Azərbaycan strateji coğrafi mövqeyini, artan iqtisadi, siyasi və regional nüfuzunu uğurla birləşdirir”.
APA-nın əməkdaşı xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən mühüm kəsişmə nöqtələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir və bu prosesdə Azərbaycanın mərkəzi rolu var. Regional əməkdaşlığın və sabitliyin inkişafına töhfə vermək üçün sizin ölkəniz qədər əlverişli mövqedə olan dövlətlər çox azdır. Azərbaycan strateji coğrafi mövqeyini, artan iqtisadi, siyasi və regional nüfuzunu uğurla birləşdirir. Məhz buna görə də biz Avropa İttifaqı-Azərbaycan əlaqələndirmə tərəfdaşlığının yaradılmasını təklif edirik. Bu təşəbbüs nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə edən yüksək səviyyəli əlaqələndirmə dialoqu ilə paralel şəkildə həyata keçiriləcək “, - Avropa Komissiyasının Prezidenti qeyd edib.
Firuzə VahidMənbə: apa.az