Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 19:48
Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik.
APA-nın əməkdaşı xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Regional əlaqələndirmə üzrə investisiya konfransının təşkil edilməsi istiqamətində işləyəcəyik. Arzu edərdik ki, bu konfrans məhz burada – Bakıda keçirilsin və Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirsin”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.
Firuzə VahidMənbə: apa.az