Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Tarix: 01 Jul 2026 23:14

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub.

APA xəbər verir ki, Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaşı olduğunu deyən Ursula Fon der Lyayen bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər möhkəm təməllər üzərində inkişaf edir.

Qonaq Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı rolunda çıxış etməsinin və bu xüsusda göstərdiyi liderliyin yüksək qiymətləndirildiyini vurğuladı.

Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, ikitərəfli ticarət münasibətlərinin başlanması, həmçinin Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı və üçüncü ölkələrdən Ermənistana ixrac olunan məhsulların Azərbaycan ərazisindən tranzit keçidi müsbət dəyərləndirildi.

Ursula Fon der Lyayen dedi ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə hərtərəfli dəstək göstərməyə hazırdır.

Söhbət zamanı Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeyd olundu, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna toxunularaq, onun etibarlı tərəfdaş olması, xüsusilə 2022-ci ildən sonra ölkəmizdən Avropa İttifaqına qaz ixracının həcminin artması məmnunluqla qeyd edildi.

*** 19:16 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə geniş tərkibdə görüşü olub.

Bu barədə APA-nın əməkdaşı xəbər verir.

Firuzə Vahid
Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti