Dünya bazarlarında neft yenidən ucuzlaşır

Dünya bazarlarında neft yenidən ucuzlaşır

Tarix: 02 Jul 2026 09:11

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 0,96% azalaraq 1 barelə görə 70,88ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,04% azalaraq 67,87 ABŞ dollarına bərabər olub.

Emil İsmayılov

Mənbə: apa.az

Xəbər Lenti