QDTİB fəaliyyətə başladığı vaxtdan layihələrə 9 mlrd. avrodan çox vəsait ayırıb

QDTİB fəaliyyətə başladığı vaxtdan layihələrə 9 mlrd. avrodan çox vəsait ayırıb

Tarix: 02 Jul 2026 11:07

Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətə başladığı vaxtdan etibarən müxtəlif layihələrin maliyyələşdirilməsinə 9 milyard avrodan çox vəsait yönəldib.

"APA-Economics" xəbər verir ki, bu barədə QDTİB-nin vitse-prezidenti Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib.

O qeyd edib ki, bankın digər mühüm funksiyası regionda inkişaf səviyyələri arasındakı fərqlərin azaldılmasına töhfə verməkdir:

"Qara Dəniz regionu iqtisadi və maliyyə inkişafı baxımından kifayət qədər müxtəlifdir. Buna görə də biz daha az inkişaf etmiş, maliyyəyə çıxışı məhdud olan sektor və ölkələrə üstünlük veririk".

İlahə Səlimova QDTİB Ziya Əliye Qara Dəniz

Mənbə: apa.az

Xəbər Lenti