QDTİB prezidenti: Azərbaycanla 20 ildən artıq davam edən tərəfdaşlığımız qarşılıqlı etimada əsaslanır

QDTİB prezidenti: Azərbaycanla 20 ildən artıq davam edən tərəfdaşlığımız qarşılıqlı etimada əsaslanır

Tarix: 02 Jul 2026 10:52

Bankımızın Azərbaycanla əməkdaşlığı 20 ildən artıq bir dövrü əhatə edir və qarşılıqlı etimad, ortaq məqsədlər, eləcə də özəl sektorun inkişafının transformativ gücünə olan ümumi inam üzərində qurulub.

"APA-Economics" xəbər verir ki, bu barədə QDTİB prezidenti Serhat Köksal Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib.

"Bu müddət ərzində QDTİB maliyyə institutları, emal sənayesi, ticarət və energetika da daxil olmaqla müxtəlif sahələrdə layihələri dəstəkləyərək məşğulluğun artırılmasına, rəqabət qabiliyyətinin gücləndirilməsinə və davamlı iqtisadi artıma töhfə verib,"- deyə o qeyd edib.

Serhat Köksal bankın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib:

"Xüsusilə qürur duyuruq ki, Azərbaycandakı fəaliyyətimiz daim ölkənin dəyişən prioritetlərinə uyğun olub. Biz kiçik və orta sahibkarlığın dəstəklənməsi, ticarətin asanlaşdırılması, maliyyə vasitəçiliyinin gücləndirilməsi, eləcə də əlaqəliliyi və rəqabət qabiliyyətini artıran investisiyaların təşviqinə xüsusi önəm vermişik".

İlahə Səlimova QDTİB Serhat Köksal

Mənbə: apa.az

Xəbər Lenti