Serhat Köksal: QDTİB Azərbaycana investisiyaları artırmağa hazırdır

Serhat Köksal: QDTİB Azərbaycana investisiyaları artırmağa hazırdır

Tarix: 02 Jul 2026 10:47

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın yeni inkişaf mərhələsində ölkəyə yatırımlarını və bizneslə əməkdaşlığını genişləndirməyə hazırdır.

"APA-Economics" xəbər verir ki, bu barədə QDTİB prezidenti Serhat Köksal Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib.

"Azərbaycan innovasiya, iqtisadiyyatın şaxələndirilməsi, yaşıl keçid və regional inteqrasiyanın gücləndiyi yeni inkişaf mərhələsinə daxil olur. Biz daha çox investisiya qoymaq, daha çox tərəfdaşlıq qurmaq və sərhədlərarası genişlənmək istəyən bizneslərə daha güclü dəstək vermək niyyətindəyik", - deyə o vurğulayıb.

İlahə Səlimova QDTİB Serhat Köksal innovasiya iqtisadiyyatın şaxələndirilməsi yaşıl keçid regional inteqrasiya

Mənbə: apa.az

Xəbər Lenti