Cümə axşamı, 2 İyul, 2026
Tarix: 02 Jul 2026 15:14
Bakı Olimpiya Stadionu ABŞ-ın Müstəqillik Günü ilə bağlı ABŞ bayrağının rənglərinə bürünüb.
APA xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı Azərbaycana təşəkkür edib.
“Təşəkkür edirik, Azərbaycan! ABŞ iyulun 4-də Amerika müstəqilliyinin 250 illiyini qeyd etməyə hazırlaşarkən, çərşənbə axşamı Bakının möhtəşəm Olimpiya Stadionunun ABŞ bayrağının qırmızı, ağ və mavi rənglərinə bürünməsi bizi çox sevindirdi. Bu dəyərli jest Amerika və Azərbaycan xalqları arasında davamlı dostluğun, qarşılıqlı hörmətin və möhkəm tərəfdaşlığın gözəl rəmzidir”, - məlumatda qeyd olunub.
Toğrul Quluzadə Bakı Olimpiya Stadionu ABŞ Müstəqillik GünüMənbə: apa.az