Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib

Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib

Tarix: 02 Jul 2026 17:35

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında videokonfrans formatında görüş keçirilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Alparslan Bayraktar “X”-də bildirib.

Görüş zamanı iki ölkə arasında elektrik enerjisinin ötürülməsi imkanları, bu sahədə üçüncü ölkələrdə həyata keçirilə biləcək layihələr, eləcə də regional enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Dəryanur Cəfərova

Mənbə: apa.az

Xəbər Lenti