Cümə axşamı, 2 İyul, 2026
Tarix: 02 Jul 2026 18:57
İranın sabiq Ali rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimində Azərbaycandan nümayəndə heyəti iştirak edəcək.
APA xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.
Qeyd edək ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb.
Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
Əlavə edək ki, İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Həkim Elahi Müctəba Xameneinin atasının dəfnində iştirak etməyəcəyini açıqlayıb.
O bunu təhlükəsizlik məsələləri ilə əsaslandırıb.
Mənbə: apa.az