- Şənbə, 21 Dekabr, 2024
Tarix: 04.12.2023 10:40
Xəbər verdiyimiz kimi, Türkiyədə “Altın Kelebek” mükafatının qalibləri açıqlanıb.
Tədbirdə “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qaliblər bəlli olub. Bunlar teleaparıcı və aktrisa Kəmalə Piriyeva, müğənni Samirə Əfəndi və bloger Nəcibə Əhmədidir. Onlara mükafatı stilist Anar Ağakişiyev təqdim edib.
"Qafqazinfo"nun məlumatına görə, Türkiyədən isə mükafat alanların siyahısı aşağıdakı kimidir:
"Ən yaxşı aktrisa" - Pınar Deniz ("Yargı" - "Kanal D");
"Ən yaxşı aktyor - Salih Bademci ("Dilek taşı" - "Kanal D", "Kulüp" / "Terzi" - "Netflix");
"Ən yaxşı serial" - "Yalı çapkını" ("Star TV");
"Ən yaxşı serial cütlüyü" - Serenay Sarıkaya və Kıvanç Tatlıtuğ ("Aile" - "Show TV")
"Uğur mükafatı" - "Yargı" serialı ("Kanal D");
"Ən yaxşı uşaq aktrisa" - Ada Erma ("Kulüp" - "Netflix");
"Ən yaxşı qadın müğənni" - Melike Şahin;
"Ən yaxşı kişi müğənni" - EDİS
"Ən yaxşı musiqi qrupu" - Madrigal.
Tam siyahı ilə buradan tanış ola bilərsiniz.