Çərşənbə, 11 Noyabr, 2026
Tarix: 11 Nov 2026 14:01
“Regionlarda kadr islahatları aparılır, müəyyən yerlərdə ixtisarlar gedir. Şişirdilmiş rəqəmlər var, ayrı-ayrı nazirliklərdə, strukturlarda ixtisarlar həyata keçirilir, o cümlədən regionlarda icra hakimiyyətləri və yerli icra nümayəndəliklərində...
Bəzi yerli icra nümayəndəliklərində dörd əməkdaşdan ikisinin ixtisara düşməsi nəticəsində bir kəndin idarəçiliyi cəmi iki nəfərin üzərində qalır”.
APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, qanunvericiliyin tələblərinə görə, şəhid ailələri, Qarabağ və Əfqanıstan müharibəsi veteranları, Çernobıl əlilləri, əlilliyi olan şəxslər, himayəsində azyaşlı və xəstə olan şəxslər dərhal deyil, növbəti mərhələdə ixtisara düşür: “Beləliklə, iki işləyən var, ikisi də ixtisara düşür. Burada yanaşma tərzi hansısa formada müəyyənləşməlidir ki, heç olmasa işi aparan olsun, işləyən olsun.
Həkimlər müraciət edirlər ki, poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür. İş təcrübəsi azdı və ya dediyim kateqoriyalara uyğun gəlmədiyinə görə bu addım atılır. Bu məsələyə xüsusi diqqət yetirilməsi vacibdir”.
Firuzə Vahid Milli Məclis Siyavuş Novruzov
Mənbə: apa.az